Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında olublar
2024-07-23 00:00:00
Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbəri Məsud Xatibi və Mərkəzin Heyvan sağlamlığı şöbəsinin müdiri Yusif İbrahimov Naxçıvan Muxtar Respublikada olmuşlar. Səfərin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2020-ci il tarixli 998 nömrəli Fərmanı ilə əlaqədar heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti göstərilməsinə keçidlə bağlı Muxtar Respublikada görülmüş işlərlə tanış olmaq, bu sahədə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin təcrübəsini bölüşmək və fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə müasir dövrdə baytarlıq sahəsində göstərilən xidmətlər barədə maarifləndirici məlumatlar verməkdir. Bu məqsədlə Muxtar Respublikanın rayonlarında fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə, həmçinin fermerlərlə görüşlər keçirilib, görülən işlərlə tanış olunub.
Sonda Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində nazirliyin baytarlıq və heyvandarlıq sahəsinə məsul olan əməkdaşlarla və Muxtar Respublikanın rayonlarında fərdi baytarlıq praktikası ilə məşğul olan fiziki şəxslərlə görüş keçirilib. Görüşdə bu sahədə görülmüş işlərə dair müzakirələr aparılıb və müvafiq təkliflər verilib.