Quşlarda Nyukasl xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-07-30 00:00:00
Nyukasl xəstəliyi quşların toyuqlar dəstəsinə aid olan kəskin gedişli və çox sürətlə yayılan virus xəstəliyidir. Xəstəlik mərkəzi sinir sisteminin zədələnməsi, tənəffüs və həzm orqanlarının patologiyaya uğraması və fəallığın pozulması ilə xarakterizə olunur.
Xəstəliyə bütün növ quşlar yoluxurlar. Quşların nyukasl xəstəliyinə olan həssaslığı, onların mənsub olduğu cinsdən və yaş qrupundan asılı olaraq müxtəlifdir. Xəstəliyə yoluxma aerogen, alimentar və kontakt yollarla baş verir.
İnfeksiya törədicisinin mənbəyi əsasən xəstə və xəstəliyi keçirmiş quşlar hesab edilir.
Əlamətləri:
- inkubasiya dövrü 9-12 gündür;
- baş və boynunda tüklərin pırpızlaşması;
- halsız bir yerdə dayanması;
- iştahanın tamam pozulması;
- baş və qanadlarını sallayaraq oturması;
- ağızdan selikli mayenin axması;
- ishal olması;
- həssaslığın azalması;
- sinir pozğunluğu;
- müvazinətin itirilməsi;
- dairəvi hərəkətlər və tez-tez boynunu uzatma;
- bayılma;
- boynun, başın yana və yaxud geriyə əyilməsi;
- ayaqların dartılması;
- qanadların, quyruq, boyun və ayaqların iflici.
Profilaktiki tədbirlər:
Xəstəlik keçirmiş və peyvənd edilmiş quşlar uzunmüddətli immunitet qazanırlar. Tədbirlərin əsasını profilaktiki peyvəndləmənin aparılması və immunitetin gərginliyinə nəzarət təşkil edir. Quşçuluq təsərrüfatlarında “Nyukasl” və digər infeksion xəstəliklərdən qorunmaq üçün baytarlıq - sanitariya qaydalarına əməl olunmalıdır.
Aqrar Xidmətlər Agentliyi fermerlər və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, quşlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə müraciət etmələri tövsiyə olunur.
Lənkə