Heyvanlarda Trixofitiya (Dəmrov) xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-08-15 12:06:50
Yayılması - xəstəlik payız və qış aylarında daha çox təsadüf edilir. Körpə heyvanlar daha həssasdır. Xəstəliyin inkubasiya dövrü 3-6 gün təşkil edir. Xəstəlik mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Trixoftiya törədicisi ilə çirklənmiş ot, saman, yun, quşların tükü xəstəliyin yayılmasına səbəb olur. Xəstəliyin təbii rezervuarı sicanabənzər gəmiricilərdir.
Kliniki əlamətləri - heyvanların dərisində iltihab prosesi ilə səciyyələnən göbələk xəstəliyidir. Xəstəlik dəridə kənarları aydın seçilən nahiyələrdə tüklərin kökündən qırılması, dərinin qabıq qoyması və ya serozlu irinli eksudatın ayrılması nəticəsində qalın qartmaqların əmələ gəlməsi ilə özünü göstərir. Trixofitiya zamanı heyvanların məhsuldarlığı aşağı düşür, gön-dəri məmulatlarının keyfiyyəti pisləşir və xammalın dəyəri aşağı düşür. Yoluxma əsasən heyvanlarda baş və boyunun dərisində, bədənin yan tərəflərində, belində, çanaq nahiyəsi və quyruq dərisində özünü biruzə verir. Cavan heyvanlar yaşlılara nisbətən tez yoluxurlar və xəstəliyi ağır formada keçirirlər. Xəstəlik əsasən antisanitariya zamanı, heyvanların saxlanma və yemlənmə rejimi pozulduqda geniş miqyasda yayılır.
Diaqnozu-trixofitiya (dəmrovlu) xəstəliyini qoturluqdan ekzemadan, favus və dermatitdən təfriq etmək lazımdır. Qoturluqda iltihablı dəri sahəsini mikroskopla müayinə etdikdə gənələr aşkar edilir. Ekzema və dermatitlərdə yoluxduruculuq qabiliyyəti yoxdur, məhdud ləkələr olur, aparılan simptomatik müalicə səmərə verir.
Yaz və yay aylarında heyvanların açıq havada saxlanması və günəş şüalarının təsiri nəticəsində xəstəliyin sayı kəskin surətdə azalır. Xəstəliyin mənbəyi xəstə heyvanlardır. Xəstə heyvanlar sağlam heyvanla təmasda olduqda xəstəliyə yoluxurlar. Xəstəliyin yayılmasında əsas səbəblərdən biridə gəmiricilərdir.
Müalicəsi - trixofitiyalı (dəmrovlu) heyvanlar saglam sürüdən təcrid edilməklə müalicəyə cəlb edilməlidir. Müalicə üçün bir xlorlu yod, formalin ağ neft emulsiyası, herbisidlər, naftalan nefti, 10%-li kükürd-karbon turşusu qarışığı, formalin-kreolin emulsiyası qarışığı və s. preparatlardan istifadə olunur. Peyin biotermiki üsulla zərərsizləşdiriməlidir. Müalicə zamanı tük və qartmaqlar toplanaraq yandırılıb məhv edilir.
Profilaktikası - dəmrov xəstəliyinin profilaktikası və müalicəsi üçün LTF-130 (ЛТФ-130) vaksinindən istifadə edilir. Bu vaksinlər müalicə və profilaktika məqsədilə işlədilir. Vaksinlər 10-14 gün fasilə ilə 2 dəfə vurulur. Bununla da uzun müddətli immunitet yaranır. Qeyri-sağlam təsərrüfatlarda mütləq heyvanlar peyvənd olunmalıdırlar. Dəmrov xəstəliyi ilə mübarizə aparmaq üçün ilk növbədə fermalarda baytarlıq-sanitariya və gigiyena tədbirlərinə riayət edilməlidir. Xəstə heyvanların müalicəsi, dezinfeksiya tədbirləri və heyvanlara qulluq edənlərin şəxsi gigiyenasına xüsusi önəm verilməlidir. Təsərrüfatda xəstəlik müəyyən edildikdə 5%-li formalin məhlulu, 10%-li kükürd karbol turşusu qarışığı, formalin-kerosin emulsiyası ilə cari dezinfeksiya aparmaq lazımdır. Təsərrüfatda mövcud metal avadanlıqlar 30 dəqiqə suda qaynadılır və ya alov üzərində yandırılır. Taxta materiallar isə isti kül suyu və sabun məhlulları ilə yuyulurlar. Geyim vasitələri 40-45 dəqiqə müddətində formaldehid buxarı ilə və ya 30 dəqiqə formalin emulsiyası ilə isladılır. Axırıncı xəstə heyvanın sağalmasından 15 gün sonra təsərrüfat sağlam hesab olunur
Xəstəliklərə qarşı aparılan qeyri-professional müalicə və profilaktika işləri xəstəliyin daha da ağırlaşmasına və heyvanlar arasında yayılmasına səbəb olur. Təsərrüfatlarda xəstəliyə məxsus əlamətləri müşahidə etdikdə fermerlərin baytar həkimlərinə müraciət etmələri tövsiyə edilir.
Çəyirtkələrin miqrasiyasının qarşıs...