Aqrar Xidmətlər Agentliyində Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşları ilə görüş keçirilib.
2024-09-03 00:00:00
Aqrar Xidmətlər Agentliyində “Mərkəzi Asiya və Qafqazda buğda pası xəstəliklərinin və xəstəliyə davamlılıq üzrə seleksiyanın idarə edilməsi üzrə regional əməkdaşlıq və milli imkanların gücləndirilməsi” (CAC Rust) layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyə ofisinin və Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşları ilə görüş keçirilib. Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov qonaqları salamlayaraq layihə dövrü ərzində görülmüş işlər haqqında məlumat verib. Bu sahədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsininin vacibliyini qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə Subregional Ofisinin Kənd Təsərrüfatı Məsləhətçisi Fazil Düşüncəli layihənin uğurla yekunlaşdığını qeyd edib. Həmçinin Azərbaycanda buğda pasının idarə edilməsi üçün regional əməkdaşlığın və milli imkanların gücləndirilməsi ilə əlaqədar hazırlanmış Milli Fəaliyyət Planın son forması təqdim edilib. Görüş zamanı kənd təsərrüfatının digər istiqamətləri üzrə də əməkdaşlıq əlaqələri müzakirə edilib.