Aqrar Xidmətlər Agentliyinin torpaq analizi laboratoriyaları Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsində qeydiyyatdan keçib.
2024-09-05 00:00:00
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı layihəsi çərçivəsində Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi, Şamaxı, Quba və Tovuz regional mərkəzlərin torpaq analizi laboratoriyaları Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsində (GLOSOLAN) uğurla qeydiyyatdan keçib.
Bu şəbəkə 2017-ci ilin noyabr ayında FAO Qlobal Torpaq Tərəfdaşlığı çərçivəsində laboratoriyaların fəaliyyətini gücləndirmək, standartların hazırlanmasına yardım etmək və torpaq analiz prosedurlarını harmonizasiya etmək məqsədilə, laboratoriyalar, ölkələr və regionlar arasında torpaq məlumatlarının müqayisə və izah edilə bilən olmasını təmin etmək məqsədilə yaradılıb.
Qeyd edilən laboratoriyalar torpaq analizi üçün təşkil olunan 2024-cü il Profisiya Testində (PT 2024) iştirak etmək üçün torpaq nümunələri təqdim edəcəklər. Torpaq laboratoriyalarının məlumatlarını təsdiq etməklə, GLOSOLAN torpaq idarəetmə qərarlarının sağlam və etibarlı məlumatlara əsaslanaraq qəbul edilməsini təmin edəcək, hansı ki, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması ilə bağlı monitorinq və hesabat fəaliyyəti də bu şəbəkədən faydalanacaq.