Toxum istehsalının səmərəli təşkili ilə bağlı onlayn görüş keçirilib
2024-10-23 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən “Ölkədə toxum istehsalının səmərəli təşkili” ilə bağlı onlayn görüş təşkil edilib. Zoom platforması üzərindən təşkil olunmuş görüşdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri və əməkdaşları, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini və özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri iştirak edib.
Görüşdə Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet vəzifələrdəndir. Bol və keyfiyyətli məhsul istehsalının əsasının sertifikatlı toxumdan başladığını deyən AXA sədri bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən yenilikıər barədə ətraflı məlumat verib. Görüşdə bu sahədə görülən işlər, ölkədə toxum sertifikatlaşdırılmasının cari vəziyyəti, toxumluq əkin bəyanları, toxum istehsalının səmərəli təşkili, Cari ilin kvotası əsasında elit taxıl toxumunun bölgü nəticələri, kənd təsərrüfatı bitkilərinin toxum subsidiyasına müraciət qaydalarına dair müzakirələr aparılıb.Yekunda toxum istehsalçılarının sualları cavablandırılmış, təklifləri qeyd edilmişdir. Görüşdə toxum istehsalçı və istifadəçilərinin qarşılaşdığı problemlər dinlənilib, bu sahənin inkişafı ilə baglı qarşıda duran vəzifələr və hədəflər müzakirə olunub. Müzakirələrin sonunda toxum istehsalçılarının sualları cavablandırılıb, təkliflər qeydə alınıb, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verilib.
QIZIL BALIQLARIN FURUNKULYOZU
2020-08-25 00:00:00