Texnikaların dövlət qeydiyyatı və texniki baxışı önəmlidir
2024-11-26 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də texniki nəzarətin təşkili, texnikaların dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsidir. Bu məqsədlə Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində monitorinqlər keçirilib, inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə məqsədilə iştirakçılara rüsumları əks etdirən bukletlər paylanılıb.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər traktorlar və digər özüyeriyən maşınlar, traktor yedəkləri, kənd təsərrüfatı, meliorasiya və sair texnikaları əldə etdikləri vaxtdan 10 gün müddətində dövlət qeydiyyatına, həmçinin hər ildə bir dəfə, son texniki baxışdan kecmə müddətindən bir ildən gec olmayaraq texniki baxışa təqdim etməlidirlər. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.
Qanuna müvafiq olaraq texniki baxışdan keçməyən texnikaların istismarı qadağan olunur. Əks halda texniki baxışdan keçmədən istismar olunacağı təqdirdə İXM-in 340.1 maddəsilə inzibati tədbir görüləcəkdir.
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, istifadəsində olan texnikaları dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmələri tövsiyə olunur.
Lənkəranda çəltik əkinlərində alaq...