Azərbaycan torpaq laboratoriyalarının keyfiyyəti və şəbəkələşməsi üzrə milli potensialını gücləndirir
2025-06-13 16:02:22
Avropa Torpaq Laboratoriyaları Şəbəkəsi (EUROSOLAN), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Torpaq Tərəfdaşlığı (GSP) çərçivəsində fəaliyyət göstərən Qlobal Torpaq Laboratoriyaları Şəbəkəsinin (GLOSOLAN) bir hissəsi olaraq, torpaq laboratoriyaları arasında regional əməkdaşlığın və texniki potensialın gücləndirilməsini hədəfləyir. GLOSOLAN torpaq analiz metodlarının standartlaşdırılması və dünya üzrə məlumatların müqayisəliliyinin artırılması məqsədini daşıyır.
Bu çərçivədə Azərbaycan torpaq analiz infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım ataraq torpaq analiz laboratoriyalarının milli şəbəkəsinin yaradılmasına start verib. Bu vacib təşəbbüs Avropa və Mərkəzi Asiyada torpaq məlumatlarının dəqiqliyinin, etibarlılığının və harmonizasiyasının artırılması üzrə daha geniş bir təşəbbüsün tərkib hissəsidir.
Azərbaycan eroziya, şoranlaşma, səhralaşma, çirklənmə və torpaqların parçalanması kimi ciddi torpaq problemləri ilə üzləşir. Səmərəsiz torpaq idarəçiliyi, sənaye fəaliyyəti və iqlim təsirləri bu problemləri daha da dərinləşdirir, torpaq sağlamlığını və kənd təsərrüfatı məhsuldarlığını təhlükə altına alır. Bu çağırışlara cavab vermək üçün effektiv monitorinq, dayanıqlı torpaq istifadəsi və bərpa tədbirləri milli miqyasda həyata keçirilməlidir. Bu məqsədlə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi əməkdaşları üçün “Toxum və Aqrokimyəvi Laboratoriya və Sertifikatlaşdırma Xidmətlərinin Təkmilləşdirilməsi”mövzusunda təlim keçirilib.
Qeyd edək ki, Azərbaycan Torpaq Laboratoriyaları Şəbəkəsi (AZSOLAN) ölkədə sistemli torpaq monitorinqi və dayanıqlı torpaq idarəçiliyi üçün böyük imkan yaradacaq. AZSOLAN, EUROSOLAN və GLOSOLAN şəbəkələrinə inteqrasiya olunmaqla torpaq məlumatlarının standartlaşdırılması, xəritələndirmənin təkmilləşdirilməsi və gələcək torpaq bərpa layihələrinin dəstəklənməsinə töhfə verəcək. Eyni zamanda, AZSOLAN yerli maraqlı tərəfləri gücləndirəcək və fermerlərin torpaq sağlamlığının uzunmüddətli qorunması barədə məlumatlılığını artıracaq, bu isə ətraf mühitin davamlılığı və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır