Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Belarusiyada işgüzar səfərdə olub
2025-06-21 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli, kənd təsərrüfatı nazirinin müşaviri Rövşən Həsənov və “Aqroservis” ASC-nin sədr müavini İlqar Məhərrəmovdan ibarət nümayəndə heyəti Belarus Respublikasına işgüzar səfər edib.
Səfər çərçivəsində nümayəndə heyəti Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində görüşlər keçirib, aqrar sahədə əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Bununla yanaşı, nümayəndə heyəti bir sıra müəssisə və təşkilatlara – Belarus Milli Elmlər Akademiyasının Əkinçilik və Heyvandarlıq üzrə Elmi-Praktiki Mərkəzlərinə, “Belsemena” Respublika Təşkilatına, “Loxva” forel təsərrüfatına, “Mogilyovskoye” Dövlət Damazlıq Təsərrüfatına, “Belarus Kənd Təsərrüfatı Maşınqayırma İnnovasiya Sistemi” Dövlət Müəssisəsinə, “Minsk Aqroservis” ASC-ə, eləcə də Luqovoslobodsk istixana təsərrüfatına səfərlər həyata keçirilib, bu müəssisələrin fəaliyyəti ilə tanış olunub və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xəbərlər
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır