Çəyirtkəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
2022-08-22 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir. Belə ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində çəyirtkəkimilərə qarşı ümumilikdə 152925 hektar sahədə müşahidələr aparılmış, 66015 hektar sahədə sirayətlənmə aşkar edilmiş və 29719 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Mübarizə tədbirləri əsasən Ağstafa (6625ha), Saatlı (1349 ha), Samux (2183 ha) və digər rayonların ərazilərində aparılıb.
Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Qeyd edək ki, tarixən ölkəmizdə Mərakeş çəyirtkəsi əsasən yovşanlı sahələrdə yaşayıb çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Harami düzü, Qarasu, Padarçöl, Küdrü, Şirinqum, Lapatin və Acınohur əraziləridir.
Bildiririk ki, Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında qeyd olunan zərərverici müşahidə edildiyi halda Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya ( zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi fumiqasiy...