Texnika istifadəçilərinə səyyar xidmət göstərilib
2023-04-03 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib.“Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır.
Tədbir zamanı qısa müddət ərzində Şamaxı, Qobustan, Agsu rayonlarından müraciət etmiş texnika sahibləri üçün etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilib, texnikalar ilkin və təkrar dövlət qeydiyyata alınıb və texniki baxışa cəlb olunub. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdimetmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirilməsi davam etdirilir.