Aqrar Xidmətlər Agentliyin əməkdaşları Bərdə Peşə Liseyində keçirilən tədbirdə iştirak ediblər
2024-05-23 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Texniki Nəzarət Şöbəsinin müdiri Azər Qarayev və Dövlət Texniki Nəzarət Şöbəsinin müdir müavini Rəşad Yolçuyev, Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzi-nin Texniki Nəzarətinin Təşkili Sektorunun müdiri Bayram Mustafayev, Bərdə Peşə Liseyinin rəhbərliyi, mühəndis-pedaqoji heyəti və kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd təhsilini bitirmiş mexanizatorların, o cümlədən geniş profilli traktorçu maşinist, təmirçi çilingər, aqroservis mütəxəssisi ixtisasları
üzrə təhsil alan tələbələrinin traktor sürücülük vəsiqəsi əldə etmələri üçün imtahanlara cəlb olunması, imtahan prosesi və qaydaları haqqında ətraflı məlumat vermək olub. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və dərs vəsaitləri paylanılıb.