Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinə başlanılıb
2024-06-13 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Gərmətük, Girdəni kəndlərində və şəhər ətrafı ərizilərdə karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə başlanılıb.
Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən qeyd olunan ərazilərdə 29 hektar sahədə müşahidə aparılıb, 8 hektarda sirayətlənmə qeydə alınıb, 8 hektarda mexaniki mübarizə tədbirləri aparılıb. Ümumilikdə respublika üzrə may ayından bügünədək 184 hektar sahədə müşahidə və 76 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
Mexaniki mübarizə zamanı ağaclarının zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib.
Qeyd edək ki, Amerika ağ kəpənəyinin tırtırları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında, ikinci nəslin uçması isə iyulun əvvəllərində baş verir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
Bildiririk ki, bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumlarına məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir.
Hazırda Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyinin əməkda...
2020-08-28 00:00:00