Heydər Əliyev adına liseydə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici görüş keçirilib
2026-03-04 17:31:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir. Növbəti görüş Heydər Əliyev adına liseydə baş tutub.
Görüş zamanı zərərvericinin yayılma yolları, çoxalma xüsusiyyətləri və profilaktik mübarizə tədbirləri barədə ətraflı təqdimat keçirilib. Şagirdlərə izah olunub ki, bağacıq müşahidə edildikdə dərhal müvafiq qurumlara məlumat verilməsi vacibdir və bu prosesdə vətəndaş fəallığı xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, bu həşərat müxtəlif iqlim şəraitinə tez uyğunlaşmaq qabiliyyətinə malikdir və xüsusilə meyvə bağları, tərəvəz sahələri və digər əkin sahələrində məhsuldarlığın azalmasına səbəb olur. Onun vaxtında aşkarlanmadığı hallarda fermerlər üçün ciddi iqtisadi zərər yarana bilər.
Tədbirin sonunda iştirakçılara məlumatlandırıcı materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd gənc nəslə aqrar sahədə mövcud risklər barədə erkən yaşlardan məlumat vermək, onlarda ekoloji şüur və ictimai məsuliyyət anlayışını formalaşdırmaqdır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır