Gələcəyin gənc mexanizatorları ilə görüş keçirilib
2026-03-05 16:00:00
Aqrar Xidmətlər Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında imzalanmış birgə əməkdaşlığa dair anlaşma memorandumu çərçivəsində Qax rayonunun Pesə liseyində gələcəyin gənc mexanizatorları ilə görüş keçirilib.
Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kənd təsərrüfatı texnikalarını peşəkar şəkildə idarə edə bilən, təhlükəsizlik qaydalarına əməl edən və müasir texnologiyalarla işləmə bacarığına malik mexanizatorların hazırlanmasıdır. Bu məqsədlə Agentlik tərəfindən kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatı, texniki baxışı, mexanizatorların imtahanlarının təşkili və onlara müvafiq sürücülük vəsiqələrinin verilməsi prosesi sistemli şəkildə həyata keçirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarətin təşkili üzrə mütəxəssisləri tərəfindən Qax rayonunun Pesə liseyində “Traktorçu” ixtisası üzrə təhsil alan tələbələrlə maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi gəncləri mexanizator peşəsinin məsuliyyəti, imtahan prosedurları və təhlükəsizlik qaydaları barədə ətraflı məlumatlandırmaq, onların gələcək peşə fəaliyyətinə düzgün istiqamət vermək olub. Tədbir zamanı iştirakçılara kənd təsərrüfatı texnikalarını idarə etmək üçün tələb olunan sürücülük vəsiqələrinin alınma qaydaları izah edilib. Mövcud kateqoriyalar – traktorlar, taxılyığan kombaynlar və digər özüyeriyən kənd təsərrüfatı maşınları üçün nəzərdə tutulmuş xüsusi kateqoriyalar barədə ətraflı məlumat verilib. İmtahanlarda iştirak etmək üçün lazım olan sənədlər – şəxsiyyət vəsiqəsi, tibbi müayinə şəhadətnaməsi, təhsil haqqında sənəd və digər müvafiq arayışlar diqqətə çatdırılıb. Eyni zamanda nəzəri və praktiki imtahan mərhələlərinin mahiyyəti, qiymətləndirmə meyarları və uğur qazanmaq üçün vacib məqamlar tələbələrin diqqətinə çatdırılıb. Mütəxəssislər tərəfindən texniki təhlükəsizlik qaydalarının əhəmiyyətini xüsusi vurğulanıb. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu cür görüşlər gələcək mexanizatorların peşəkarlıq səviyyəsini yüksəltmək, eyni zamanda kənd təsərrüfatında texniki təhlükəsizliyi təmin etmək üçün mühüm addımdır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır