Masallıda xüsusi təhlükəli xəstəlklərə qarşı peyvəndləmə tədbiri davam etdirilir
2026-03-06 16:39:41
Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən respublikada cari ilin əvvəlindən "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq xüsusi təhlükəli xəstəlklərə qarşı, o cümlədən qarayara və quduzluq xəstəliklərinə qarşı heyvanlar arasında profilaktik peyvəndləmə tədbiri həyata kecirilir. Bu məqsədlə tədbirlər planına uyğun olaraq rayonlar üzrə vaksinlərin bölgüsü aparılaraq “soyuq zəncir” rejiminə riayət olunmaqla yerlərə çatdırılıb. Baytar mütəxəssisləri tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Ödənişsiz əsaslarla aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, AXA mütəxəssisləri tərəfindən fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında da məlumatlar verirlər.
Bildiririk ki, Masallı rayonunda 61278 baş iribuynuzlu, 92140 baş xırdabuynuzlu heyvanlarda xüsusi təhlukəli xəstəliklərə, o cümlədən qarayaya, 2500 baş sahibli itlərdə isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilir. Rayonda bugünədək 15425 baş iribuynuzli, 26277 baş xırdabuynuzlu heyvanlarda qarayaraya qarşı, 689 baş itdə isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Hazırda tədbirlər davam etdirilir.
Qeyd edək ki, Qarayara təhlükəli zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər.
Qarayaranın baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Təbii halda xəstəliyə iri və xırdabuynuzlu heyvanlar, dəvə, at, maral və başqa heyvanlar həssasdırlar. Bundan başqa bir çox vəhşi heyvanlar da xəstəliyə tutulurlar.
Heyvanlarda xəstəlik çox vaxt itigedişli və ildırımvari gedişli olur, ölüm qısa zaman ərzində baş verə bilir.
Qarayarayadan tələf olan heyvan cəsədi çox tez köpür, bütün təbii dəliklərdən qanlı köpük axır, selikli qişalar göyərir, qan sızmaları görünür, dərialtı toxuma şişkinləşir. Qan tünd rəngli, qatı və laxtalanmamış olur.
Aqrar Xidmətlər Agentliyi heyvan sahiblərininə müraciər edərək bildirir ki, heyvanları xüsusi təhlükəli xəstəliyinə qarşı vaxtında peyvənd etdirin. Heyvanların peyvənddən yayındırılması onların özlərinin və heyvanlarının xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır