Qusarda “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib
2026-03-11 10:50:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə və mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər.
Tədbirin əsas məqsədi yerli qurumlar arasında koordinasiyanı gücləndirmək, qəhvəyi mərmər bağacığına qarşı vaxtında və düzgün mübarizə tədbirlərini həyata keçirmək və yayılma arealını minimuma endirmək olub.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qonaqları salamlayaraq kənd təsərrüfatının rayon iqtisadiyyatında oynadığı mühüm roldan danışmış, rayonda kənd təsərrüfatı sahəsinə ciddi ziyan vuran halların, o cümlədən qəhvəyi mərmər bağacığı zərərvericisinə qarşı mübarizənin və maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulamışdır. Şahid Fərəməzov qeyd etmişdir ki, respublikamızın inkişaf etmiş kənd təsərrüfatı rayonlarından biri olan Qusar rayonunda ötən ildə istehsal olunan ümumi daxili məhsulun 54%-i kənd təsərrüfatı sahəsinin payına düşür. Son 10 ildə rayonda 8500 hektardan çox yeni meyvə bağları salınmış, hazırda mövcud meyvə bağlarının ümumi sahəsi 17860 hektara çatmışdır.
Şahid Fərəməzov həmçinin bildirmişdir ki, kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb olan problemlərin aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirilir, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə görülməsinə nəzarət olunur. Son illərdə respublikanın ərazisində yayılmış və Qusar rayonunda da müşahidə edilən qəhvəyi mərmər bağacığı zərərvericisinə qarşı mübarizə tədbirləri davam etdirilir, rayon sakinləri mütəmadi olaraq məlumatlandırılır, aidiyyəti dövlət qurumlarının prosesdə aktiv iştirakı təmin edilir.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tədbirin əhəmiyyətindən danışaraq görülən işlər və qarşıdakı vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, ötən ilin oktyabr ayından bugünədək şimal-şərq bölgəsində qəhvəyi mərmər bağacığına qarşı 122 kənddə monitorinq keçirilib, 50 kənddə aşkarlanma müşahidə olunub, 4215 vətəndaş maarifləndirilib, 14 kənddə 123 ocaqda mübarizə tədbirləri aparılıb eləcə də ümumilikdə bölgə üzrə 2090 feromon tələlər quraşdırılıb. Yerli əhali və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onlara zərərvericinin yayılma yolları, təsərrüfatlara vurduğu zərərlər və effektiv mübarizə üsulları barədə ətraflı məlumat verilir. Həmçinin maarifləndirici bukletlər, videoçarxlar və bannerlər hazırlanaraq media və sosial şəbəkələrdə paylaşılır.
AXA sədri aprel ayının ortalarından başlayaraq qəhvəyi mərmər bağacığının aktiv fazaya keçdiyini, bununla əlaqədar olaraq yaşayış məntəqələrində, inzibati binalarda, anbar və yardımçı tikililərdə monitorinqlərin intensivləşdirilməsinin, həmin dövrdə effektiv mübarizə üsulu olan mexaniki mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə zərərvericinin xüsusiyyətlərini və ona qarşı mübarizə üsullarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılıb, bölgədə əhalinin maarifləndirilməsi və monitorinqlərin genişləndirilməsi istiqamətində müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır