İşğaldan azad olunmuş ərazilərdə quduzluğa qarşı peyvəndləmə tədbirləri aparılıb
2026-03-17 11:00:00
Ölkə ərazisində xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Tədbirlər çərçivəsində işğaldan azad edilmiş Xocavənd və Xankəndi şəhər ətrafı ərazilərdə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya aparılıb. Əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılamasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zəncirinin qırılmasıdır. Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvan yem kapsulunu qəbul etdikdə peyvənd ağız boşluğu və həzm sistemi vasitəsilə orqanizmə daxil olur və sonra təxminən 25–30 gün ərzində quduzluğa qarşı immunitet formalaşır və bu immunitet təxminən 12 ay müddətində qorunur. Peyvənd yemləri ərazi üzrə bərabər şəkildə yerləşdirilir və epizootoloji vəziyyətdən asılı olaraq hər 1 km² əraziyə orta hesabla 15–20 ədəd yem kapsulu düşəcək şəkildə paylanır.
Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.
Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur.
Peyvəndinin tətbiqi vəhşi heyvan populyasiyasında quduzluq virusunun dövranını azaltmaq, sahibsiz itlər və digər heyvanlar vasitəsilə xəstəliyin yayılmasının qarşısını almaq və nəticədə insan sağlamlığının qorunmasını təmin etmək üçün mühüm profilaktik tədbirdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır