Zaqatalada “Fındıq bağlarında aqrotexniki qulluq işləri” mövzusunda sahə görüşü keçirilib
2026-04-09 10:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə fermerlərin maarifləndirilməsi istiqamətində görüşlər davam etdirilir. Növbəti belə görüş Zaqatala rayonunun Çobançöl kəndində “Fındıq bağlarında aqrotexniki qulluq işləri” mövzusunda keçirilib.
Görüşün əsas məqsədi fındıqçılıqla məşğul olan fermerlərə müasir aqrotexniki yanaşmalar barədə ətraflı məlumat vermək, onların bilik və bacarıqlarını təkmilləşdirmək, eyni zamanda məhsuldarlığın artırılması və bağların düzgün, səmərəli idarə olunması ilə bağlı praktiki vərdişlər formalaşdırmaq olub. Bu çərçivədə iştirakçılara intensiv bağçılıq metodları, torpağın münbitliyinin qorunması, iqlim şəraitinə uyğun düzgün aqrotexniki tədbirlərin seçilməsi kimi vacib məqamlar izah edilib.
Görüş zamanı mütəxəssislər tərəfindən fındıq bağlarında budama qaydaları əyani şəkildə nümayiş etdirilib, ağacların düzgün formalaşdırılması, məhsul verən budaqların qorunması və köhnə, zəif budaqların kəsilməsi prinsipləri ətraflı izah olunub. Eyni zamanda fındıq bitkilərində rast gəlinən əsas xəstəlik və zərərvericilər, onların vaxtında aşkarlanması və effektiv mübarizə üsulları, o cümlədən inteqrir mübarizə tədbirlərinə toxunulub.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu cür maarifləndirici görüşlərin mövzuları hər bir iqtisadi rayonun iqlim şəraiti və təsərrüfat xüsusiyyətləri nəzərə alınaraq, bölgələr üzrə ixtisaslaşmaya uyğun şəkildə müəyyənləşdirilir. Bu yanaşma keçirilən görüşlərin daha məqsədyönlü və praktik əhəmiyyətli olmasına şərait yaradır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır