Qax rayonunda texnika istifadəçilərinə səyyar xidmət göstərilib
2026-04-10 16:29:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Qax rayonunun Marsan kəndində səyyar xidmət təşkil olunub. Tədbir çərçivəsində rayonun Cudullu, Tasmalı, Lələpaşa və Zeyəm kəndlərində mövcud olan texnikalar bir yerə cəmlənərək texnika istifadəçilərinə yerində xidmət göstərilib.
Tədbirdə Zaqatala, Balakən və Şəki rayonlarından olan mexanizatorlar da iştirak ediblər. “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar və qeydiyyat prosedurları üçün zəruri olan bütün avadanlıqlarla təchiz olunub.
Səyyar xidmətin əsas məqsədi operativliyin və çevikliyin artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin edilməsidir.
Tədbir zamanı qısa müddət ərzində müraciət edən texnika sahiblərinə xidmət göstərilib. Belə ki, 41 ədəd texnika yerində texniki baxışdan keçirilib, 6 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş sürücülük vəsiqəsi dəyişdirilib, 2 ədəd texnikanı qeyidiyyata təqdim etmədiyinə və 1 ədəd texniki baxışdan keçirmədiyinə görə cərimə tətbiq edilmiş, 20 ədəd texnika isə ilkin və təkrar dövlət qeydiyyatına alınıb.
Eyni zamanda, texnika istifadəçilərinə texnikaların dövlət qeydiyyatına alınması və texniki baxışa təqdim olunması qaydaları, eləcə də dövlət rüsumları barədə məlumat verilib, maarifləndirici bukletlər paylanılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə rayon icra hakimiyyətinin, DAİM-in və Qax Rayon Dövlət Yol Polisi şöbəsinin məsul nümayəndələri iştirak ediblər.
“Səyyar xidmət” qrupu tərəfindən bölgələrdə bu cür tədbirlərin keçirilməsi davam etdirilir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır