Aqrar Xidmətlər Agentliyində Ekspert Komissiyasının növbəti iclası keçirilib
2026-04-13 11:00:00
Seleksiya nailiyyətləri üzrə Ekspert Komissiyasının “Seleksiya nailiyyətlərinin qeydiyyata alınması” məsələlərinin müzakirəsinə dair növbəti iclası keçirilib.
Ekspert Komissiyasına “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması təklif olunan, sınağı keçirilmiş və sınaq nəticələri qənaətbəxş hesab olunan müxtəlif bitki qrupları və bir heyvan cinsi üzrə cəmi 148 seleksiya nailiyyəti təqdim edilmişdir ki, bunlardan 138 seleksiya nailiyyətinin ölkə ərazisində istifadəsinə icazə verilməsi, 9 bitki sortu və 1 heyvan cinsi olmaqla, 10 seleksiya nailiyyətinin isə patent hüququ verilməklə qeydiyyata alınması nəzərdə tutulub.
İclasda həmçinin, toxum idxalçıları tərəfindən daxil olmuş müraciətə əsasən bəzi sort adlarının və müəllifinin Dövlət Reyestrində adının dəyişdirilməsi, mühafizə müddəti bitmiş seleksiya nailiyyətlərinin patent hüququnun ləğv edilməsi məsələləri də müzakirə olunub.
İclasda komissiyanın üzvləri olan Əkinçilik, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər, Heyvandarlıq və Balıqçılıq Elmi-Təqdqiqat İnstitutlarının, Tərəvəzçilik Elmi-Təqdqiqat İnstitutu publik hüquqi şəxsin, eləcə də Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçiliyin təşkili və monitorinqi, Heyvandarlığın təşkili və monitorinqi şöbələrinin nümayəndələri iştirak edib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır