Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
2026-04-13 15:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Maarifləndirmə tədbirləri çərçivəsində Bakı ilə yanaşı, Qusar, Xaçmaz, Ağstafa, Göygöl, Samux, Şəmkir, Quba, Qazax, Balakən, Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Şabran, Tovuz və Gədəbəy rayonunun sakinləri ilə görüşlər təşkil olunub.
Görüşlərin əsas məqsədi qəhvəyi mərmər bağacığının kənd təsərrüfatına vurduğu zərərin qarşısının alınması, fermerlərin bu zərərverici ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də vaxtında və düzgün tədbirlərin görülməsinə dəstək göstərməkdir.
Tədbirlər çərçivəsində mütəxəssislər qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, bitkilərə vurduğu zərər, eləcə də effektiv mübarizə üsulları barədə ətraflı məlumat veriblər. Fermerlərə aqrotexniki tədbirlərin düzgün tətbiqi izah olunub, suallar cavablandırılıb və praktik tövsiyələr təqdim edilib.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu cür maarifləndirici tədbirlər regionlarda aqrar biliklərin artırılması, məhsuldarlığın qorunması və zərərvericilərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır