Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
2026-04-14 10:13:00
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak edib.
Nazir “Yüksəliş” müsabiqəsini ölkədə idarəçilik potensialına malik şəxslərin aşkarlanması, onların inkişafının dəstəklənməsi və insan kapitalının gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər fərdi inkişafı təşviq etməklə yanaşı, ölkədə idarəetmə sahəsinin daha da təkmilləşməsinə, müxtəlif istiqamətlər üzrə güclü idarəçilik bacarıqlarına malik kadrların önə çıxmasına da xidmət edir.
Nazir rəhbərlik etdiyi sahədə həyata keçirilən fəaliyyətlərdən söz açaraq kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar sahədə müasir yanaşmaların tətbiqi, regionlarda istehsal və məşğulluğun təşviqi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Görüş zamanı ötən ilin qaliblərinin kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbir və təşəbbüslərdə yaxından iştirakı da qeyd olunub. Bildirilib ki, onların aqrar sahə ilə bağlı görüşlərdə, müzakirələrdə və müxtəlif fəaliyyətlərdə iştirak etməsi həm bu istiqamət üzrə biliklərinin genişlənməsinə, həm də praktik idarəetmə baxımından yeni baxışlar qazanmasına töhfə verib. Bu baxımdan Mentorluq Proqramının qaliblərin həm şəxsi, həm də peşəkar inkişafında mühüm rol oynadığı vurğulanıb.
Eyni zamanda, görüşdə qalibləri maraqlandıran suallar cavablandırılıb, kənd təsərrüfatı sahəsində mövcud prioritetlər, gələcək inkişaf perspektivləri, aqrar innovasiyaların tətbiqi, regionların inkişafı və institusional idarəetmənin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır