Beynəlxalq əməkdaşlıq çərçivəsində regionlarda maarifləndirici təlimlərə start verilib
2026-04-20 17:52:41
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən birgə həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Salyan, Lənkəran və Astara rayonlarında maarifləndirici təlimlərin keçirilməsinə start verilib.
Layihənin əsas məqsədi yerli əhalinin bilik və bacarıqlarının artırılması, onların iqtisadi fəallığının gücləndirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prinsiplərinin təşviq edilməsidir. Bununla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəetmə sisteminin təkmilləşdirilməsi ilə paralel olaraq, həmin ərazilərə yaxın yaşayan əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsinə dəstək göstərilməsi də hədəflənir.
Aqrar Təlim Mərkəzi tərəfindən keçiriləcək təlimlərdə kənd təsərrüfatı sahəsində fermerlərə göstərilən dəstəl mexanizmləri, torpağın əkinə hazırlanması, meyvəçilik, bitkiçilik, heyvandarlıq, arıçılıq, balıqçılıq, texnikadan səmərəli və təhlükəsiz istifadə, eləcə də bölgəyə xas aqrar sahə üzrə mövzuları əhatə olunacaq.
İnteraktiv formatda təşkil edilən ilk təlim proqramı kənd təsərrüfatı sahəsində dövlət dəstəyi mexanizmlərinə həsr olunub. Təlim çərçivəsində iştirakçılara əkin subsidiyaları, toxum və ting təminatı, gübrə dəstəyi, damazlıq heyvanların güzəştli şərtlərlə təqdim olunması, eləcə də kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinə çıxış imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, aqrar sığorta mexanizmləri, güzəştli kredit imkanları və innovativ aqrar startapların dəstəklənməsi istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, layihənin cari ilin aprel-dekabr ayları ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır