Qubada “Beynəlxalq standartlara uyğun fumiqasiya (zərərsizləşdirmə) qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib
2026-04-23 10:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi ilə Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Beynəlxalq standartlara uyğun fumiqasiya (zərərsizləşdirmə) qaydaları” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim Mərkəzin Fumiqasiya şöbəsinin müdiri, sahə üzrə təcrübəli mütəxəssis Şəhriyar Oruczadə tərəfindən aparılıb.
Tədbirin əsas məqsədi fumiqasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və praktiki bacarıqlarının artırılması, zərərsizləşdirmə proseslərinin beynəlxalq tələblərə uyğun şəkildə icrasının təmin edilməsi, həmçinin bu sahədə sənədləşmə işlərinin daha səmərəli qurulmasına dəstək verməkdən ibarətdir.
Proqram çərçivəsində iştirakçılara taxta paletlərin beynəlxalq standartlara uyğun zərərsizləşdirilməsi qaydaları, prosesin mərhələləri, düzgün möhürlənmə prinsipləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, zərərsizləşdirmə prosesinin aktlaşdırılması, sənədlərin düzgün tərtibi və qeydiyyat mexanizmləri praktiki nümunələr əsasında izah olunub.
Qeyd edək ki, regionlarda bu kimi təlimlərin mütəmadi təşkili sahədə vahid yanaşmanın formalaşdırılmasına, müasir tələblərin tətbiqinin genişlənməsinə və fumiqasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır