Bölgələrdə fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər davam edir
2026-04-27 16:50:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən Salyan, Lənkəran və Astara rayonlarında növbəti maarifləndirici təlimlər təşkil olunub. Təlimlər “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.
Təlimlər zamanı iştirakçılara kənd təsərrüfatının prioritet sahələri üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar təqdim olunub. Proqram çərçivəsində qarpız bitkisinin əkindən əvvəl torpağın hazırlanması, torpaq analizlərinin aparılması və nəticələrə əsasən optimal gübrələmə sxemlərinin seçilib tətbiqi barədə ətraflı məlumat verilib. Eyni zamanda çay plantasiyalarında aqrotexniki qulluq qaydaları, budama, suvarma, alaq otlarına qarşı mübarizə və torpağın münbitliyinin qorunması geniş şəkildə izah edilib. Bununla yanaşı, çay bitkisində rast gəlinən əsas xəstəlik və zərərvericilər, onların erkən aşkarlanması və inteqrir mübarizə üsulları haqqında da iştirakçılar ətraflı şəkildə məlumatlandırılıb.
Qeyd edək ki, layihənin məqsədi yerli əhalinin bilik və bacarıqlarını artırmaq, iqtisadi fəallığı və məşğulluğu gücləndirmək, dayanıqlı inkişafı təşviq etmək, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunmasını təkmilləşdirmək və bu ərazilərə yaxın yaşayan insanların sosial-iqtisadi rifahını yüksəltməkdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır