Aqrar Xidmətlər Agentliyi ilə Xəzər Universiteti arasında əməkdaşlıq görüşü keçirilib
2026-04-29 11:42:47
Aqrar Xidmətlər Agentliyi və Xəzər Universiteti arasında strateji əməkdaşlığın təməli qoyulur. Bu çərçivədə tərəflər arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə geniş tərkibli görüş keçirilib.
Görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, sədr müavini Elməddin Namazov, Agentliyin nümayəndələri, Xəzər Universitetinin qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Dr. Razia İsaeva və digər rəhbər heyət iştirak edib. Hamlet İsaxanlı tədbir iştirakçılarını salamlayaraq görüşün əhəmiyyətindən bəhs edib. O bildirib ki, əsas məqsəd tərəflər arasında elmi-tədqiqat, tədris, baytarlıq praktikası və peşəkar kadr hazırlığı sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi, eləcə də institusional tərəfdaşlığın formalaşdırılmasıdır.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çıxışında Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verərək qeyd edib ki, qurum ölkədə aqrar sektorun inkişafında mühüm rol oynayır. Bildirilib ki, Agentlik heyvan və bitki sağlamlığının qorunması, aqrar bilik və bacarıqların artırılması, toxumçuluq, eləcə də kənd təsərrüfatı texnikasına dövlət nəzarəti istiqamətləri üzrə fəaliyyət göstərir.
Görüş çərçivəsində tərəflərin təqdimatları keçirilib, aqrar sahədə, xüsusilə baytarlıq istiqamətində mövcud çağırışlar və əməkdaşlığa dair inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum aqrar sahədə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tələbələrin praktiki biliklərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi və baytarlıq sahəsində innovativ yanaşmaların tətbiqini əhatə edir. Tədbirin davamı olaraq universitetin Hasvet Baytarlıq Təbabəti fakültəsinin fəaliyyəti ilə tanışlıq olub, tələbələrlə görüş keçirilib və qarşılıqlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu görüş tərəflər arasında daha sıx əməkdaşlıq üçün yeni imkanların yaranmasına zəmin yaradır.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır