Taxıl biçini öncəsi mexanizatorlar maarifləndirilir
2026-05-07 10:06:00
Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqatlərinə uyğun olaraq “Aqroservis” ASC-nin Qazax rayon bölməsində taxıl biçini mövsümünə hazırlıq məqsədilə maarifləndirici görüş keçirilib. Görüşdə Qazax DAİM-in rəhbərliyi, texniki nəzarət üzrə mütəxəssislər, “Aqroservis”in məsul şəxsləri və mexanizatorlar iştirak ediblər.
Tədbirin əsas məqsədi mövsüm ərəfəsində texnikaların hazırlıq səviyyəsinin artırılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, eləcə də mexanizatorların praktiki bilik və bacarıqlarının artırılması olub.
Görüş zamanı qarşıdan gələn taxıl biçininə hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verilib, biçin zamanı istifadə olunacaq kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə saxlanılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, texnikaların vaxtında texniki baxışdan keçirilməsi, ehtiyat hissələri ilə təminatı və düzgün istismarı məhsul itkilərinin qarşısının alınmasında mühüm rol oynayır.
Eyni zamanda mövsüm ərzində təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi qeyd edilib. Xüsusilə yanğın təhlükəsizliyi tədbirləri diqqətə çatdırılıb, biçin sahələrində yanğın riskinin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, texnikalarda yanğınsöndürmə vasitələrinin hazır vəziyyətdə saxlanılması və operativ reaksiya mexanizmlərinin qurulması ilə bağlı konkret tapşırıqlar verilib.
Tədbir çərçivəsində həmçinin fövqəladə halların qarşısının alınması, risklərin idarə olunması və belə hallarda düzgün davranış qaydaları barədə iştirakçılar məlumatlandırılıb. Mexanizatorlara bildirilib ki, hər hansı nasazlıq, qəza və ya təhlükə yaradan vəziyyət yaranarsa, bu barədə dərhal aidiyyəti qurumlara məlumat verilməlidir.
Görüş zamanı mexanizatorlarla “Aqroservis” ASC arasında bağlanmış müqavilələrə, mexanizatorların sürücülük vəsiqələrinə, texnikaların sığorta şəhadətnamələrinə və digər zəruri sənədlərə baxış keçirilib, sənədlərin düzgünlüyü və hüquqi tələblərə uyğunluğu yoxlanılıb.
Qeyd olunub ki, bu kimi maarifləndirici və nəzarət xarakterli tədbirlərin mütəmadi təşkili taxıl biçini mövsümünün yüksək səviyyədə, təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır