Toxumluq sahələrdə aprobasiyaya hazırlıq mərhələsinin yekunlaşması ilə bağlı onlayn görüş keçirilib
2026-05-18 16:07:43
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən toxumluq sahələrdə aprobasiyaya hazırlıq mərhələsinin yekunlaşması ilə bağlı onlayn görüş təşkil olunub.
Görüşdə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və mütəxəssislər iştirak ediblər.
Görüşdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev bildirib ki, kənd təsərrüfatının strateji istiqamətlərindən biri olan toxumçuluğun inkişafı, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin edilməsi prioritet vəzifələr sırasındadır. Bu sahədə elektronlaşmanın zəruriliyini vurğulayan sədr qeyd edib ki, cari ildə aprobasiya prosesi yeni yaradılmış mobil tətbiq vasitəsilə həyata keçiriləcək və bununla bağlı ətraflı məlumat verib. O bildirib ki, əsas məqsəd sertifikatlaşdırma prosesinin mühüm mərhələlərindən biri olan aprobasiyada şəffaflığın və operativliyin tam təmin edilməsidir.
Görüşdə toxumluq sahələrdə mövcud vəziyyət, bu istiqamətdə görülən işlər, eləcə də aprobasiyanın vaxtında və keyfiyyətlə həyata keçirilməsi məsələləri müzakirə olunub.
Yekunda toxum istehsalçılarının sualları cavablandırılıb, qarşılaşdıqları problemlər dinlənilib və müvafiq təkliflər qeyd olunub.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır