Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2026-05-18 18:01:25
Mayın 15-16-da Qarabağa səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu iqtisadi rayonda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
Görüşlərin əsas məqsədi işğaldan azad edilən ərazilərdə aqrar investisiya layihələrinin icra vəziyyətini yerində qiymətləndirmək, fermer və sahibkarlarla kənd təsərrüfatının gələcək inkişaf perspektivlərini müzakirə etmək və aqrar fəaliyyət ilə bağlı dəstək göstərmək olub.
İki günlük səfər zamanı nazir Məcnun Məmmədov Xankəndi, Xocalı, Ağdam, Xocavənd və Füzuli rayonlarında fermer və sahibkarlara məxsus meyvə bağları, lavanda plantasiyaları, heyvandarlıq və əkinçilik təsərrüfatlarına, eləcə də şərab zavoduna baş çəkib, görülən işlərlə tanış olub. Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsinin qalibləri olan sahibkarlıq subyektlərinin bağçılıq və heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib.
Görüşlərdə işğaldan azad olunan ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərin istfadəsinə verilməsi, o cümlədən sahibkarlıq subyektlərinə icarəyə verilməsi məqsədilə investisiya müsabiqələrinin keçirilməsi, fermer və sahibkarlar tərəfindən layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr, infrastruktur təminatı, suvarmanın təşkili, elektrik enerjisinin çəkilməsi, yol infrastrukturunun qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Fermerlər kənd təsərrüfatının inkişafı ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər. Səfər zamanı fermer və sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, onları maraqlandıran suallar cavablandırılıb.
Nazir Məcnun Məmmədov fermer və sahibkarların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib, kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır