Toxumluq sahələrin aprobasiyasına başlanılıb
2026-05-19 17:02:35
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyət daşıyan sahələrindən biri olan toxumçuluğun inkişafı daim diqqət mərkəzində saxlanılır. Məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə toxumçuluq təsərrüfatlarının “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyanı təsdiqlənmiş toxumluq əkin sahələrində aprobasiya prosesinə start verilib. Aprobasiya öncəsi hazırlıq mərhələsinin yekunlaşması ilə əlaqədar Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi tərəfindən fermerlər və aprobatorlarla görüş keçirilib. Görüş zamanı aprobasiya prosesində şəffaflığın, operativliyin və keyfiyyət göstəricilərinin tam təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib. Bildirilib ki, cari ildən etibarən toxumçuluq sahəsində innovativ yanaşmalar tətbiq edilərək aprobasiya nəticələrinin sənədləşdirilməsi elektron qaydada həyata keçiriləcək.
Eyni zamanda, respublika üzrə fəaliyyət göstərən aprobatorların nəzəri biliklərinin artırılması və sahə işləri zamanı təhlükəsizlik qaydalarına düzgün əməl olunmasının təmin edilməsi məqsədilə xüsusi təlimlər təşkil olunub. Təlimlər çərçivəsində “Aprobasiya prosesi zamanı texniki təhlükəsizlik qaydaları”, “Taxıl bitkilərinin xəstəlik və zərərvericiləri”, “Taxıl bitkilərinin əsas diaqnostik əlamətləri və aprobasiyanın aparılma qaydaları” mövzularında iştirakçılara ətraflı məlumat verilib. Təlimlər zamanı sahə işlərinin təhlükəsiz və effektiv təşkili prinsipləri də izah olunub.
Qeyd edək ki, tarla aprobasiyasının əsas məqsədi toxumların sort və səpin keyfiyyətlərinin dövlət standartlarına uyğunluğunu müəyyənləşdirmək, eləcə də fermerlərin keyfiyyətli toxumla təminatına nail olmaqdır.
Hazırda, ilkin mərhələdə toxumluq arpa əkini sahələrinin aprobasiyası həyata keçirilir. Ümumilikdə isə cari ildə 47,3 min hektar toxumluq taxıl əkini sahəsində aprobasiya aparılması nəzərdə tutulur. Həmin sahələrin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda əkinləri təşkil edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır