Hacıqabul rayonunda media nümayəndələrinin iştirakı ilə toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib
2026-05-26 14:22:00
Ölkəmizdə ilk dəfə olaraq toxumçuluq sahələrində aprobasiya prosesinin rəqəmsal platforma üzərindən aparılmasına başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin istifadəyə verdiyi yeni "AXA mobile" mobil tətbiqi sayəsində aprobasiya prosesi tam rəqəmsallaşdırılıb. Tətbiq vasitəsilə aprobasiya prosesinin real vaxt rejimində izlənilməsi, məlumatların operativ şəkildə toplanması və nəticələrin elektron formada sistemləşdirilməsi təmin edilir. Bu yanaşma kənd təsərrüfatında operativliyin artırılması və keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal sistemin və aprobasiyanın mahiyyətini ictimaiyyətə daha yaxından çatdırmaq məqsədilə Hacıqabul rayonunda media nümayəndələrinin iştirakı ilə toxumluq taxıl əkini sahəsində aprobasiya həyata keçirilib.
Proses çərçivəsində əkin sahələrində sorttəmizliyin, xəstəlik və zərərvericilərə yoluxma səviyyəsinin, alaqlanma dərəcəsinin və əkinlərarası izolyasiya məsafəsinə riayət olunmasının qiymətləndirilməsi aparılıb.
Aprobasiya zamanı mütəxəssislər tərəfindən sahələrə baxış keçirilib, toxumların sortluq keyfiyyətinin standarta uyğunluğu qiymətləndirilib və mövcud vəziyyət əsasında ilkin məhsuldarlıq göstəricilərinin proqnozlaşdırılması həyata keçirilib.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, aprobasiya toxumluq materialların dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi və yüksək keyfiyyətli toxum istehsalının təmin olunması məqsədilə aparılan mühüm nəzarət mexanizmidir. Bu proses kənd təsərrüfatında məhsuldarlığın artırılması və toxum bazasının keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, ümumilikdə cari ildə 47,3 min hektar toxumluq taxıl əkini sahəsində aprobasiya aparılması nəzərdə tutulur. Həmin sahələrin 13,6 min hektarını arpa, 33,7 min hektarını isə buğda əkinləri təşkil edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır