Aqrar Xidmətlər Agentliyi tərəfindən bölgələrdə maarifləndirici sahə görüşləri davam edir
2026-06-02 11:45:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Astara rayonunun Maşxan kəndində fermerlər üçün “Müasir suvarma sistemləri və onların əhəmiyyəti” mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində fermerlərin bilik və bacarıqlarının artırılması olub. Tədbir çərçivəsində iştirakçılara damcı suvarma, yağmurlama və digər müasir suvarma üsullarının üstünlükləri, su itkisinin minimuma endirilməsi, torpaq münbitliyinin qorunması və resurslara qənaət baxımından əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Sahə görüşü zamanı müasir suvarma sistemlərinin praktik tətbiqi nümayiş etdirilib, fermerləri maraqlandıran suallar cavablandırılıb və gündəlik təsərrüfat fəaliyyətində qarşıya çıxan problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, kənd təsərrüfatında innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi həm məhsul keyfiyyətinin yüksəldilməsində, həm də dayanıqlı kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda təşkil olunan bu cür maarifləndirici görüş və təlimlər fermerlərin yeni biliklər əldə etməsinə, qabaqcıl təcrübələrlə tanış olmasına və müasir aqrar yanaşmaların geniş tətbiqinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır