AXA sədri toxumluq taxıl sahələrində aparılan aprobasiya işlərini yerində qiymətləndirib
2026-06-12 18:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev respublikanın müxtəlif bölgələrində toxumluq taxıl sahələrində aparılan aprobasiya prosesinin gedişatı ilə tanış olub.
Səfər çərçivəsində Salyan, Hacıqabul, İmişli, Beyləqan, Bərdə, Ağdaş və İsmayıllı rayonu ərazisində yerləşən toxumluq taxıl sahələrinə baxış keçirilib. Baxışların əsas məqsədi aprobasiya prosesinin gedişatını izləmək, monitorinq tədbirlərinin həyata keçirilməsini təmin etmək və sahələrdə görülən işlərin mövcud tələblərə uyğunluğunu qiymətləndirmək olub.
Toxumçuluq sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi məqsədilə yaradılan AXA Mobil tətbiqi vasitəsilə bu ildən etibarən ilk dəfə olaraq aprobasiya prosesinin izlənilməsi və nəticələrin sənədləşdirilməsi elektron qaydada həyata keçirilir. Tətbiq sahələrdən məlumatların operativ və mərkəzləşdirilmiş şəkildə ötürülməsini, eləcə də nəticələrin elektron formatda paylaşılmasını təmin edərək prosesin səmərəliliyinin artırılmasına mühüm töhfə verir.
Aprobasiya prosesində şəffaflığın və obyektivliyin artırılması məqsədilə müasir nəzarət mexanizmlərindən istifadə edilir. Belə ki, prosesə cəlb olunan əməkdaşlar tərəfindən yaxa kameralarından istifadə olunur. Bu yanaşma aprobasiya işlərini həyata keçirən şəxslərin gündəlik fəaliyyətinin izlənilməsinə, prosesin daha şəffaf və nəzarət olunan şəkildə aparılmasına imkan yaradır.
Qeyd edək ki, sahə baxışları zamanı aprobatorlar və mütəxəssislərlə görüşlər də keçirilib. Onlara aprobasiya işlərinin təlimat və qaydalara uyğun şəkildə təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, prosesin keyfiyyətli və operativ aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır