Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib
2026-06-18 12:43:57
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların yerli sakinlərə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin effektivliyinin artırılması məqsədilə növbəti təlim proqramlarına start verilib. Təlimlər Xocalı rayonunun Təzəbinə və Xanabad kəndlərində, eləcə də Ağdərə rayonunun Suqovuşan qəsəbəsində təşkil olunub.
Təlimlərin əsas məqsədi fermerlərin bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı yanaşmalarının təşviqi, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, eləcə də kənd təsərrüfatı sahəsində rəqabətqabiliyyətli və dayanıqlı təsərrüfatların formalaşdırılmasına dəstək verməkdir. Eyni zamanda, fermerlərin rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dövlət dəstəyi mexanizmlərindən daha səmərəli yararlanmasının təmin olunması və müasir aqrar texnologiyaların tətbiqi üzrə biliklərinin artırılması da təlimlərin əsas hədəfləri sırasında yer alır.
Proqram çərçivəsində iştirakçılara meyvəçilik və tərəvəzçilik sahələrində müasir becərmə üsulları, səmərəli təsərrüfatçılığın təşkili, müasir suvarma sistemlərinin tətbiqi, kənd təsərrüfatı texnikalarından düzgün və təhlükəsiz istifadə qaydaları, eləcə də iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsiri barədə ətraflı məlumat verilib. Eyni zamanda, fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən əkinlərin bəyan edilməsi qaydaları izah olunub, dövlət dəstəyi mexanizmləri və bu imkanlardan istifadə prosedurları barədə təqdimatlar keçirilib. İnteraktiv formatda təşkil olunan təlimlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və tövsiyələr verilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu günədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı və Məmmədbəyli, Xocalı rayonunun Ballıca və Xanyurdu, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Ağdərə rayonunun Həsənriz kəndi, eləcə də Laçın rayonunun Zabux kəndində yaşayan sakinlər üçün 194 təlim keçirilib. Bu təlimlərdə ümumilikdə 655 nəfər iştirak etmiş, onlardan 566 nəfəri proqramları uğurla başa vuraraq sertifikat əldə etmişdir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır