Bölgələrdə kənd təsərrüfatı texnikalarının istismarına dair təlimlər keçirilib
2026-06-23 17:55:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən fermerlərin, mexanizatorların və kənd təsərrüfatı sahəsində çalışan digər şəxslərin bilik və bacarıqlarının artırılması məqsədilə kənd təsərrüfatı texnikalarının istismarı mövzusunda respublikanın müxtəlif bölgələrində silsilə təlimlər davam etdirilir. Maarifləndirici təlimlər ölkənin bir sıra rayonlarını əhatə edib. Belə ki, tədbirlər Beyləqan, İsmayıllı, Göyçay, Kürdəmir, Yevlax, Samux, Ağdaş, Qəbələ və Lənkəran rayonlarında keçirilib.
Proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı texnikalarının düzgün istismarı, texniki xidmətin təşkili, texnikaların mövsümi işlərə hazırlanması, kombaynların biçinə hazırlığı, dövlət texniki baxışının keçirilməsi, texnikaların saxlanılması və istismar zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı məlumatlar təqdim edilib. Sessiyalar zamanı kənd təsərrüfatı texnikalarının vaxtında və düzgün hazırlanmasının məhsuldarlığın artırılmasında, texniki nasazlıqların qarşısının alınmasında və təhlükəsiz iş şəraitinin təmin edilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlər nəzəri biliklərlə yanaşı, iştirakçıları maraqlandıran mövzuların müzakirəsi və təcrübə mübadiləsinin aparılması üçün də şərait yaradıb. Bu çərçivədə kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi, texniki xidmətin düzgün təşkili və təhlükəsizlik tələblərinin tətbiqi ilə bağlı tövsiyələr verilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu cür tədbirlər kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşəkar hazırlığının gücləndirilməsinə, müasir texnologiyaların tətbiqinin təşviqinə və aqrar sektorda təhlükəsiz iş mühitinin formalaşdırılmasına xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır