Sabirabadda pambıqçılığın inkişafına dair beynəlxalq təcrübələrə əsaslanan sahə görüşü keçirilib
2026-06-25 15:55:00
Aqrar sahədə bilik və bacarıqların artırılması, eləcə də müasir kənd təsərrüfatı yanaşmalarının fermerlər arasında təşviqi məqsədilə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində maarifləndirici təlimlər və sahə görüşləri davam etdirilir. Bölgələrin torpaq-iqlim şəraiti və kənd təsərrüfatı üzrə ixtisaslaşması nəzərə alınaraq keçirilən tədbirlər çərçivəsində növbəti sahə görüşü Sabirabad rayonunun Bulaqlı kəndində “Pambıqçılıqda məhsuldarlığın artırılması və inteqrir mübarizə üsulları” mövzusunda baş tutub.
Görüşün əsas məqsədi pambıq istehsalçılarını məhsuldarlığın artırılması yolları, bitkilərin sağlam inkişafının təmin edilməsi, zərərverici və xəstəliklərə qarşı müasir, effektiv və ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqi barədə məlumatlandırmaq, həmçinin qabaqcıl aqrotexniki təcrübələrin və innovativ yanaşmaların fermerlər arasında geniş yayılmasına dəstək göstərməkdir. Tədbir Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulan inteqrir bitki mühafizə tədbirlərindən istifadənin genişləndirilməsi, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi tədbirlərinin icrası çərçivəsində təşkil olunub.
Sahə görüşü çərçivəsində beynəlxalq ekspert, sahə üzrə mütəxəssis Rasim Zamanov tərəfindən pambıqçılıqda məhsuldarlığın artırılmasına təsir edən əsas amillər barədə ətraflı məlumat verilib. Təqdimat zamanı düzgün aqrotexniki tədbirlərin vaxtında və səmərəli tətbiqi, bitkinin inkişaf mərhələlərinə uyğun qulluq işlərinin aparılması, qidalanma və suvarma rejiminin düzgün təşkili, eləcə də yüksək və keyfiyyətli məhsul əldə etməyin effektiv üsulları iştirakçıların diqqətinə çatdırılıb, praktik tövsiyələr verilib.
Proqramın davamı olaraq Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları tərəfindən pambıq əkinlərinə ciddi ziyan vuran pambıq sovkasına qarşı mübarizədə tətbiq olunan bioloji üsullar barədə ətraflı məlumat verilib. Tədbirin praktiki hissəsində isə Aqrar Xidmətlər Agentliyinin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilmiş trixoqrammaların pambıq sahəsinə buraxılması nümayiş etdirilib və onların sahədə tətbiqi izah olunub.
Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə beynəlxalq təcrübə və müasir aqrar yanaşmalar əsasında təşkil olunan bu cür genişmiqyaslı maarifləndirici görüşlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, qabaqcıl kənd təsərrüfatı təcrübələrinin yayılmasına və innovativ üsulların tətbiqinin təşviqinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır