Şəki rayonunda yerli arpa və buğda sortlarının nümayişi məqsədilə tarla günü keçirilib
2026-06-29 10:38:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində yerli arpa və buğda sortlarının nümayişinə həsr olunmuş tarla günü təşkil edilib. Tədbirdə toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, alimlər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. İştirakçılara Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq toxumçuluq potensialının inkişaf etdirilməsi sahəsində nəzərdə tutulan hədəflər barədə ətraflı məlumat verilib.
İştirakçılar institutun alimləri tərəfindən yaradılmış yerli arpa və buğda sortlarının toxumluq əkin sahələrinə baxış keçirərək, sortların bioloji və təsərrüfat əhəmiyyətli göstəriciləri ilə yaxından tanış olublar.
Baxış zamanı Əkinçilik Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən seleksiya yolu ilə yaradılmış perspektivli sortların məhsuldarlıq potensialı, quraqlıq və digər əlverişsiz iqlim amillərinə, xəstəlik və zərərvericilərə qarşı davamlılığı, həmçinin keyfiyyət göstəriciləri iştirakçılara ətraflı şəkildə təqdim olunub. Nümayiş etdirilən sortlar bölgədə becərilən digər sortlarla müqayisəli formada qiymətləndirilib, onların üstün cəhətləri barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində fermerləri maraqlandıran məsələlər müzakirə olunub, onların sualları alim və mütəxəssislər tərəfindən cavablandırılıb. Eyni zamanda, toxumçuluq sahəsinin inkişafı, yüksək reproduksiyalı toxumların istehsalının artırılması, yeni sortların fermer təsərrüfatlarında tətbiqi və məhsuldarlığın yüksəldilməsi istiqamətində təkliflər dinlənilib.
Müzakirələr zamanı kənd təsərrüfatı sektorunun qarşısında duran prioritet məsələlərə toxunulub, xüsusilə yerli seleksiya nailiyyətlərinin istehsalata inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış arpa və buğda sortlarının əkininə üstünlük verilməsi məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda yerli sortların daha geniş şəkildə təbliği, fermer təsərrüfatlarında əkin sahələrinin genişləndirilməsi və elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır