Lənkəranda “Kənd təsərrüfatında qadın və gənclərin məşğulluğunun artırılması” mövzusunda təlim keçirilib.
2026-06-30 10:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində Lənkəran rayonunda “Kənd təsərrüfatında qadın və gənclərin məşğulluğunun artırılması” və “Meyvələrin düzgün qurudulması və saxlanması qaydaları” mövzularında təlimlər keçirilib.
Təlimlərdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınlar, gənclər və fermerlər iştirak ediblər. İştirakçılara kənd təsərrüfatında məşğulluq imkanlarının genişləndirilməsi, kiçik ailə təsərrüfatlarının inkişafı, gəlir imkanlarının artırılması və aqrar sahədə sahibkarlığın təşviqi ilə bağlı ətraflı məlumat verilib.
Eyni zamanda, meyvələrin düzgün qurudulması və saxlanması qaydalarına dair keçirilən sessiyalarda məhsulun keyfiyyətinin qorunması, qurutma texnologiyaları, gigiyena normaları, qablaşdırma və saxlanma şəraiti barədə məlumatlariştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi və FAO arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində həyata keçirilən bu cür tədbirlər kənd təsərrüfatı sahəsində insan kapitalının inkişafına, fermerlərin və kənd sakinlərinin bilik və bacarıqlarının gücləndirilməsinə, eləcə də regionlarda dayanıqlı kənd təsərrüfatı təcrübələrinin geniş tətbiqinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır