Astarada feyxoa bağlarının salınması ilə bağlı sahə görüşü keçirilib
2026-07-06 10:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Astara rayonunun Kijəbə qəsəbəsində “Feyxoa bağlarının salınması və aqrotexniki qulluq qaydaları” mövzusunda maarifləndirici sahə görüşü təşkil olunub.
Görüşün əsas məqsədi fermerlərin və bağçılıqla məşğul olan təsərrüfat sahiblərinin feyxoa istehsalı sahəsində bilik və bacarıqlarının artırılması, müasir becərmə üsullarının tətbiqinin təşviqi, həmçinin məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsinə dəstək göstərmək olub.
Sahə görüşü zamanı mütəxəssislər tərəfindən iştirakçılara feyxoa bağlarının salınması üçün torpaq və iqlim şəraitinin düzgün seçilməsi, tinglərin əkilmə qaydaları, suvarma və gübrələmə sistemi, budama üsulları, alaq otlarına qarşı mübarizə, eləcə də xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat veriblər. Görüşün praktiki hissəsində feyxoa ağaclarında formaverici və sanitariya budamasının aparılması, vegetasiya dövründə aqrotexniki qulluq tədbirlərinin düzgün icrası və məhsuldarlığa təsir edən əsas amillər barədə fermerlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən maarifləndirici təlim və sahə görüşləri davam etdirilir. Bu tədbirlər fermerlərin peşəkar biliklərinin artırılmasına, müasir aqrar yanaşmaların geniş tətbiqinə və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verməyi hədəfləyir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır