Qəhvəyi mərmər bağacığına qarşı Azərbaycanda bioloji mübarizədə yeni mərhələ
2026-07-06 17:30:00
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində ölkədə bioloji mübarizə sahəsində mühüm və innovativ addım atılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən ilk dəfə olaraq qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsulunun tətbiqinə başlanılıb.
Bu məqsədlə Türkiyə Respublikasından gətirilən samuray arıları Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzinə təhvil verilib. Türkiyəli mütəxəssislərin iştirakı ilə laboratoriya şəraitində samuray arılarının çoxaldılması və istehsalı həyata keçirilir. Paralel olaraq, yerli mütəxəssislərin hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və bioloji mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Bu istiqamətdə Gəncə şəhərində Aqrar Xidmətlər Agentliyinin nümayəndə heyəti və Türkiyəli mütəxəssislərin iştirakı ilə rəsmi görüş keçirilib. Görüş zamanı Agentliyin sədri Sərdar Hacıyev ölkədə bioloji mübarizə tədbirlərinin genişləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin və müasir yanaşmaların kənd təsərrüfatında istifadəsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, qəhvəyi mərmər bağacığı kimi təhlükəli zərərvericilərə qarşı mübarizədə kimyəvi vasitələrin ətraf mühitə təsirinin azaldılması baxımından bioloji mübarizə üsullarının prioritet istiqamət olduğunu vurğulayıb. Görüş çərçivəsində samuray arılarının qəhvəyi mərmər bağacığına qarşı effektivliyi, onların laboratoriya şəraitində yetişdirilməsi texnologiyası, tətbiq mexanizmi və gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Tədbirin davamında Türkiyəli mütəxəssislər tərəfindən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzi Laboratoriyasında samuray arılarının laboratoriya şəraitində yetişdirilməsi üzrə praktiki təlimlər keçirilib. Təlimlər zamanı yerli mütəxəssislərə bu faydalı həşəratların çoxaldılması, saxlanılması, keyfiyyətə nəzarət prosesi və sahəyə buraxılması mərhələləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Növbəti mərhələdə samuray arılarının qəhvəyi mərmər bağacığının daha geniş yayıldığı Zaqatala və Balakən rayonlarında təbii mühitə buraxılması nəzərdə tutulur. Bununla zərərvericinin populyasiyasının təbii yolla tənzimlənməsi və bioloji mübarizə tədbirlərinin daha geniş ərazilərdə tətbiqi təmin ediləcək.
Qeyd edək ki, beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığına qarşı ən effektiv və ekoloji cəhətdən təhlükəsiz üsullardan biri məhz samuray arılarının tətbiqi hesab olunur. Laboratoriya şəraitində yetişdirilən bu faydalı həşəratlar təbiətə buraxıldıqdan sonra zərərvericinin yumurtalarına parazitlik edərək onun inkişafını dayandırır və populyasiyanın təbii yolla azalmasına sebeb olur. Bu yanaşma kənd təsərrüfatı məhsuldarlığının qorunmasına kömək etməklə yanaşı, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısını alır, ətraf mühitə zərər vermir və faydalı orqanizmlərin mühafizəsinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır