Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
2026-07-09 12:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədilə zərərvericilərə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir. Son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Ümumilikdə, cari ilin may-iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 ha ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub.
Mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunmuş ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir.
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır. Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
Qeyd edək ki, son illərdə çəyirtkələrin qonşu ölkələrdə daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişiklikləri ilə əlaqələndirilir. Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişikliklər zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır