Samuray arılarının tətbiqi üzrə görülən işlərin nəticələri qiymətləndirilib
2026-07-09 16:00:00
Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərindən olan qəhvəyi mərmər bağacığına qarşı həyata keçirilən bioloji mübarizə tədbirlərinin nəticələrinin qiymətləndirilməsi və növbəti mərhələdə görüləcək işlərin müəyyənləşdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yekun görüş keçirilib. Tədbirdə proqram çərçivəsində icra olunmuş fəaliyyətlər ümumiləşdirilib, əldə olunan ilkin nəticələr dəyərləndirilib və bioloji mübarizə tədbirlərinin gələcək inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.
Görüş zamanı çıxış edən Agentliyin sədr müavini Cəfər Məhərrəmov qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə sahəsində göstərdikləri peşəkar dəstəyə və səmərəli əməkdaşlığa görə Türkiyə Respublikasının Tarım və Orman Bakanlığının Tarımsal Araştırmalar ve Politikalar Genel Müdürlüyünə (TAGEM) təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında aqrar sahədə uğurla davam edən əməkdaşlıq bioloji mübarizə tədbirlərinin daha da təkmilləşdirilməsinə, yerli potensialın gücləndirilməsinə və bu istiqamətdə əldə olunan uğurların genişləndirilməsinə mühüm töhfə verir.
Yekun görüş çərçivəsində Xaçmaz, Zaqatala və Balakən rayonlarında samuray arılarının təbii mühitə buraxılması, eləcə də Gəncə şəhərində fəaliyyət göstərən laboratoriyada əməkdaşlar üçün təşkil olunmuş nəzəri və praktiki təlimlərin nəticələri təqdim edilib. Bununla yanaşı, sahədə aparılan müşahidələr, görülmüş işlərin effektivliyi və əldə olunan təcrübə barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı samuray arılarının yerli şəraitdə çoxaldılması istiqamətində laboratoriyanın fəaliyyətinin daha da gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, monitorinq tədbirlərinin davam etdirilməsi və bioloji mübarizə proqramının səmərəliliyinin yüksəldilməsi ilə bağlı tövsiyələr təqdim olunub.
Aqrar Xidmətlər Agentliyi tərəfindən proqram çərçivəsində əldə olunan nəticələr nəzərə alınmaqla bioloji mübarizə tədbirlərinin mərhələli şəkildə ölkənin digər regionlarında da genişləndirilməsi, monitorinq və elmi-tətbiqi fəaliyyətlərin davam etdirilməsi, eləcə də yerli mütəxəssislərin hazırlığının daha da gücləndirilməsi nəzərdə tutulur. Bu kimi tədbirlər kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərdən etibarlı mühafizəsinə, məhsuldarlığın artırılmasına, ekoloji cəhətdən təhlükəsiz mübarizə üsullarının tətbiqinin genişləndirilməsinə və ölkədə dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır