Zaqatalada Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam edir
2026-07-17 10:09:56
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən kənd təsərrüfatı bitkilərinin zərərvericilərdən qorunması məqsədilə həyata keçirilən tədbirləri davam etdirir. Bu çərçivədə Zaqatala rayonunu əhatə edən mübarizə tədbirləri zamanı rayonun Maqov, Üçüncü Tala, Yolayrıc, Uzuntala, Yuxarı Tala və Fındıqlı kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə işləri aparılıb.
Zərərvericinin yayılmasının qarşısının alınması və bitkilərin sağlamlığının qorunması məqsədilə ümumilikdə 310 hektar sahəni əhatə edən ərazilərdə müvafiq mübarizə tədbirləri həyata keçirilib. Mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində zərərvericinin yayıldığı ərazilər müəyyən edilib və mübarizə tədbirləri vaxtında təşkil olunub. Xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə həyata keçirilən çiləmə işləri nəticəsində ağac və bitkilərə zərər vuran Amerika ağ kəpənəyinin populyasiyasının azaldılması hədəflənib.
Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən bu kimi tədbirlər kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması, məhsuldarlığın artırılması və zərərvericilərin geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bitki mühafizəsi istiqamətində profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.
Qeyd edək ki, Amerika ağ kəpənəyi meyvə və meşə ağaclarına ciddi ziyan vura bilən təhlükəli zərərvericilərdən biridir. Onun vaxtında aşkarlanması və mübarizə tədbirlərinin görülməsi bitkilərin qorunmasında əsas amillərdən hesab olunur.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır