Tovuzda fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş sahə görüşü keçirilib
2026-07-24 10:40:52
Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, keyfiyyətli məhsul istehsalının təşviqi və fermerlərin müasir aqrotexniki biliklərə yiyələnməsi istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Tovuz rayonunda "Meyvə bağlarında düzgün aqrotexniki qulluq, xəstəlik və zərərvericilərə qarşı mübarizə" mövzusunda maarifləndirici sahə görüşü keçirilib.
Sahə görüşünün əsas məqsədi fermerlərin meyvə bağlarında düzgün becərmə üsulları, mövsümə uyğun aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, bitkilərdə rast gəlinən xəstəlik və zərərvericilərin müəyyən edilməsi, onlara qarşı effektiv mübarizə metodları barədə bilik və bacarıqlarının artırılması olub.
İnteraktiv formatda keçirilən görüş zamanı mütəxəssislər tərəfindən meyvə bağlarında budama, suvarma, gübrələmə, torpağın becərilməsi və bitki mühafizəsi tədbirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçılara xəstəlik və zərərvericilərin erkən aşkarlanmasının əhəmiyyəti, inteqrir mübarizə üsullarının tətbiqi və pestisidlərdən təhlükəsiz istifadə qaydaları izah edilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən respublikanın müxtəlif bölgələrində fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu kimi maarifləndirici tədbirlər fermerlərin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinin genişləndirilməsinə və nəticə etibarilə məhsuldarlığın artırılmasına mühüm töhfə verir.
Xəbərlər
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır