Regionlarda heyvan sağlamlığının qorunması istiqamətində səyyar maarifləndirmə tədbirləri keçirilir
2026-07-27 12:02:00
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən regionlarda heyvandarlıq sahəsində fəaliyyət göstərən təsərrüfat sahibləri və vətəndaşlar üçün səyyar maarifləndirici görüşlər keçirilir. Tədbirlərin əsas məqsədi heyvan sağlamlığının etibarlı qorunması, yoluxucu və invaziv xəstəliklərin qarşısının alınması, biotəhlükəsizlik qaydalarının tətbiqinin genişləndirilməsi və baytarlıq xidmətləri sahəsində maarifləndirmə səviyyəsinin artırılmasıdır.
Təsdiq olunmuş qrafikə uyğun təşkil edilən görüşlər zamanı mövsümi xarakter daşıyan qan-parazitar xəstəliklərin yaranma səbəbləri, yayılma yolları, kliniki əlamətləri, diaqnostikası, profilaktikası və müalicə üsulları barədə ətraflı məlumat verilir. Mütəxəssislər tərəfindən heyvanlarda xəstəlik əlamətlərinin vaxtında müəyyən edilməsinin, erkən diaqnostikanın və operativ baytarlıq müdaxiləsinin əhəmiyyəti diqqətə çatdırılır, təsərrüfat sahiblərinin sualları cavablandırılır və praktik tövsiyələr təqdim edilir.
Maarifləndirici tədbirlər çərçivəsində "Azərbaycan Respublikasının Epizootiya Əleyhinə Tədbirlər Planı"na uyğun olaraq xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinə qarşı profilaktik peyvəndləmənin vacibliyi izah olunur. Eyni zamanda, təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq biotəhlükəsizlik qaydalarına riayət edilməsinin əhəmiyyəti, heyvandarlıq obyektlərində sanitar-gigiyenik normaların qorunması, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilir.
Görüşlər zamanı heyvanların qeydiyyata alınması, xəstəlik və tələfat halları barədə baytarlıq qurumlarına operativ məlumat verilməsinin vacibliyi, yeni alınan heyvanların karantin şəraitində saxlanılması, yem və su təminatında gigiyenik normalara riayət olunması, eləcə də mövcud baytarlıq xidmətlərindən səmərəli istifadə imkanları barədə də təsərrüfat sahibləri məlumatlandırılır.
Mütəxəssislər tərəfindən heyvan sağlamlığının qorunması, məhsuldarlığın artırılması, təhlükəsiz heyvandarlıq məhsullarının istehsalının təşviqi və epizootik sabitliyin qorunması məqsədilə dövlət baytarlıq xidmətlərinin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilir. Bildirilir ki, baytarlıq sahəsində maarifləndirmənin gücləndirilməsi təsərrüfatlarda xəstəlik risklərinin minimuma endirilməsinə, iqtisadi itkilərin azaldılmasına və heyvandarlığın dayanıqlı inkişafına mühüm töhfə verir.
Hazırda ölkənin bütün regionlarında epizootik vəziyyət sabitdir. Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvan sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və heyvandarlıq təsərrüfatlarında baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində profilaktik və maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir..
Xəbərlər
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır