Göygöldə heyvan sağlamlığının qorunması istiqamətində səyyar maarifləndirmə tədbiri keçirilib
2026-07-30 10:50:19
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən rayonun Qırıqlı kəndində heyvan sahibləri və fermerlərlə səyyar maarifləndirmə görüşü keçirilib.
Görüşün əsas məqsədi epizootik sabitliyin qorunması, heyvan sağlamlığının təmin olunması, yoluxucu və zoonoz xəstəliklərin profilaktikası istiqamətində həyata keçirilən tədbirlər barədə sakinləri məlumatlandırmaq, həmçinin onları maraqlandıran sualları cavablandırmaq olub.
Tədbirdə baytarlıq mütəxəssisləri tərəfindən heyvanların vaxtında qeydiyyata alınması, peyvəndlənməsi, diaqnostik müayinələrin əhəmiyyəti, biotəhlükəsizlik qaydalarına əməl olunması və təsərrüfatlarda sanitar-gigiyenik normaların qorunması barədə ətraflı məlumat verilib. Bildirilib ki, heyvan xəstəliklərinin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər həm heyvandarlığın inkişafına, həm də əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.
Görüş zamanı fermerləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, onların səsləndirdiyi suallar cavablandırılıb, heyvandarlıq sahəsində qarşılaşdıqları problemlər dinlənilib və müvafiq tövsiyələr verilib.
Sakinlər belə maarifləndirici görüşlərin onların məlumatlılığının artırılmasına və təsərrüfatların daha səmərəli idarə olunmasına müsbət təsir göstərdiyini bildirərək tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Aqrar Xidmətlər Agentliyi tərəfindən regionlarda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin olunması və baytarlıq xidmətlərinin əlçatanlığının artırılması istiqamətində səyyar maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır