Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
2026-07-30 11:38:28
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetinə səfər edib. Səfər çərçivəsində universitet rəhbərliyi ilə keçirilən görüşdə aqrar təhsil, elmi tədqiqatlar, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı sahəsi üçün yüksəkixtisaslı kadr hazırlığının inkişaf perspektivləri müzakirə olunub.
Səfərin əsas məqsədi universitetin aqrar istiqamətlər üzrə mövcud elmi-praktiki bazası ilə tanış olmaq, tədris prosesində istifadə olunan infrastrukturun imkanlarını qiymətləndirmək, eləcə də gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.
Proqram çərçivəsində Agentliyin sədri universitetin Baytarlıq Klinikasında yaradılmış şəraitlə yaxından tanış olub. Klinikada fəaliyyət göstərən süni mayalanma, rentgen, cərrahiyyə, diaqnostika, müayinə və digər ixtisaslaşmış otaqlara baxış keçirilib, burada tətbiq olunan müasir avadanlıqlar və laboratoriya imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, klinika tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, eyni zamanda regionda baytarlıq xidmətlərinin keyfiyyətinin artırılmasına mühüm töhfə verir.
Daha sonra Sərdar Hacıyev universitetin Aqronomluq ixtisası üzrə təhsil alan tələbələrinin praktiki hazırlıq keçdiyi təcrübə sahələrinə baş çəkib. Burada sitrus bağları, ting yetişdirilməsi sahələri və tələbələrin bitkiçilik istiqamətində əldə etdikləri praktik bilik və bacarıqlar nümayiş etdirilib. Qeyd olunub ki, bu cür təcrübə sahələri tələbələrin müasir aqrotexniki yanaşmaları yerində mənimsəməsinə, istehsalat prosesinə daha yaxından inteqrasiya olunmasına və gələcək peşə fəaliyyətinə hazırlığının gücləndirilməsinə xidmət edir.
Görüş zamanı kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının daha da təkmilləşdirilməsi, tələbələrin praktik bilik və bacarıqlarının artırılması, elmi tədqiqatların istehsalatla əlaqələndirilməsi, təcrübə proqramlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər Aqrar Xidmətlər Agentliyi ilə Lənkəran Dövlət Universiteti arasında gələcəkdə baytarlıq, aqronomluq və digər kənd təsərrüfatı istiqamətləri üzrə birgə təlimlərin, elmi-praktiki tədbirlərin, təcrübə proqramlarının və innovativ layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə əməkdaşlıqlar müasir bilik və texnologiyaların tətbiqinə, peşəkar mütəxəssis hazırlığının gücləndirilməsinə və ölkənin aqrar sektorunun davamlı inkişafına mühüm töhfə verəcək.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır