AXA sədri Aqrar Təlim Mərkəzi tərəfindən praktiki təlimlərin keçirildiyi nümunəvi təsərrüfatda olub
2026-07-30 17:10:34
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran rayonunda Aqrar Təlim Mərkəzi tərəfindən praktiki təlimlərin keçirildiyi nümunəvi təsərrüfatlarla tanış olub. Səfərin əsas məqsədi regionda aqrar sahənin inkişaf vəziyyəti ilə yaxından tanış olmaq, müasir istehsal və emal proseslərini yerində qiymətləndirmək, eləcə də dövlət dəstəyi mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Səfər çərçivəsində Agentlik sədri çəltik emalı və düyü istehsalı həyata keçirilən dəyirmanda olub. Müəssisədə məhsulun qəbulundan qablaşdırılmasına qədər olan istehsal prosesi ilə tanış olan Sərdar Hacıyev emal müəssisələrinin kənd təsərrüfatı məhsullarının əlavə dəyərinin artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev çəltik əkin sahələrinə baxış keçirərək becərmə işlərinin mövcud vəziyyəti ilə tanış olub. O, sahələrdə həyata keçirilən aqrotexniki tədbirlər, məhsuldarlığın artırılması istiqamətində görülən işlər, suvarma sistemlərinin səmərəliliyi, su təminatının vəziyyəti, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, bitkilərin inkişaf dinamikası və mövsüm ərzində aparılan qulluq tədbirləri barədə ətraflı məlumat alıb. Həmçinin məhsul istehsalında keyfiyyət və səmərəliliyin artırılması, resurslardan düzgün istifadə və qabaqcıl becərmə üsullarının tətbiqinin əhəmiyyəti müzakirə olunub.
Görüşlər zamanı vurğulanıb ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks dəstək tədbirləri regionlarda aqrar istehsalın genişlənməsinə, fermerlərin maliyyə dayanıqlığının və gəlirlərinin artmasına, məhsuldarlığın yüksəldilməsinə, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır