Balakəndə Şarka virusuna qarşı birgə mübarizə tədbirlərinə başlanılıb
2026-07-31 12:41:00
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə, Aqrar Xidmətlər Agentliyinin Balakən rayonu Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki regional idarəsi Şarika virusuna qarşı birgə mübarizə tədbirlərinə başlayıb. Tədbirlər Balakən rayonunun Beretbinə və Meşə Şambul kəndlərində yerləşən meyvə bağlarının ərazilərini əhatə edir.
Xəstəliyin yayılmasının qarşısının alınması və bitkilərin sağlamlığının qorunması məqsədilə meyvə bağlarında müvafiq mübarizə tədbirləri həyata keçirilir. Qurumların mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində riskli ərazilər müəyyən edilib və mübarizə tədbirləri vaxtında təşkil olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində bitkilərə zərər vuran Şarika virusunun yayılma arealının lokallaşdırılması hədəflənib.
Hər iki qurum tərəfindən koordinasiyalı şəkildə keçirilən bu kimi tədbirlər kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması, məhsuldarlığın artırılması və təhlükəli virusların geniş yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bitki mühafizəsi istiqamətində profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.
Qeyd edək ki, Şarka virusu (Plum pox virus) meyvə ağaclarına ciddi ziyan vura bilən təhlükəli xəstəliklərdən biridir. Onun vaxtında aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsi bitkilərin qorunmasında əsas amillərdən hesab olunur
Xəbərlər
Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına start verilib
“Azərsun Holdinq”lə Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırdı
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır